ABŞ qrantları buna görə verir - RƏSMİ ETİRAF | VİDEO

ABŞ qrantları buna görə verir - RƏSMİ ETİRAF | VİDEO
  17 Oktyabr 2014    Oxunub:10710
Çinin Honkonq şəhərindəki qarşıdurmalar ABŞ tərəfindən maliyyələşdirilib.

AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Ceyn Psaki bildirib.

Beynəlxalq ekspertlər dəfələrlə rəngli inqilabların ABŞ tərəfindən maliyyələşdirildiyini qeyd ediblər. Lakin bütün bunlar fərziyyələr idi, indi isə Dövlət Departamentinin rəsmi nümayəndəsi jurnalistin sualına cavab olaraq Honkonqdakı toqquşmalar təşkil edən qeyri-hökumət təşkilatları daxil olmaqla bu QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi barədə informasiyanı təsdiq edib.

Bu bəyanat jurnalistlər arasında marağa səbəb olub və onlar əlavə suallar verməyə başlayıblar. Lakin səhv etdiyini anlayan Psaki digər suallara cavab verməkdən imtina edib.

Eldar Tanrıverdiyev




Teqlər:  





Xəbər lenti